Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Xarkov Dövlət Administrasiyasında çalışan gənc soydaşımız: Əsas məqsədlərimdən biri də Azərbaycanın adını Ukraynada uca tutmaqdır

7-10-2019, 09:06 Baxış: 8
Xarkov Dövlət Administrasiyasında çalışan gənc soydaşımız: Əsas məqsədlərimdən biri də Azərbaycanın adını Ukraynada uca tutmaqdır
Xaricdə təhsil alan, yaşadıqları ölkələrin ictimai-siyasi həyatına yaxından bələd olan gənclərimizin siyasi proseslərdə uğur əldə etmək şansları daha böyükdür.
Hər bir ölkənin siyasi həyatında təmsilçilik, həm də siyasi elita ilə körpülərin yaranması deməkdir. Bu körpülər bizim həqiqətlərin olduğu kimi dünya dövlətlərinin siyasi elitasının gündəminə keçməsinə də təkan verə bilər.
Belə gənclərdən biri Ukraynanın Xarkov Şəhər Dövlət Administrasiyasının beynəlxalq əlaqələr şöbəsində işləyən Fariz Vəliyevdir. 27 yaşı olan soydaşımız artıq bir neçə ildir, dövlət işində çalışıb. Onunla tanışlığımız Xarkov şəhər gününə təsadüf edib. Soydaşımızın göstərdiyi aktivlik və idarəçilik bacarığı qürurvericidir. O, AZƏRTAC-a müsahibəsində bir sıra mətləblərə aydınlıq gətirib.
Əslən Naxçıvanın Şərur rayonundan olan F.Vəliyev Xarkov şəhərində doğulub böyüyüb.
Ukrayna, Rus, İngilis və Türk dillərində sərbəst danışan həmvətənimiz, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr, V.N.Karazina adına Xarkov Milli Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistr, Zaporojya Milli Universitetinin Sosiologiya və İdarəetmə fakültəsinin aspirantura pilləsini bitirib.
F.Vəliyev hesab edir ki, Ukrayna cəmiyyətinə inteqrasiya etmək üçün bu xalqın mədəniyyətinə, tarixinə və adət-ənənəsinə hörmət etmək lazımdır. Ukrayna dilini bilmək önəmlidir.
Doğulub, böyüdüyü Xarkovun çoxmillətli şəhər olduğunu qeyd edən soydaşımız vurğulayıb ki, Xarkov şəhər Dövlət Administrasiyasının binasında Azərbaycanın dövlət bayrağının dalğalanması ölkələrimiz arasında yüksək əməkdaşlığımızın bariz nümunəsidir.
Xarkov şəhərinin 33 şəhərlə rəsmi əməkdaşlıq münasibətləri mövcuddur, ancaq bir çox şəhərlərlə əlaqələrimiz də var. Xarkovda Azərbaycanın Fəxri Konsulluğu fəaliyyət göstərir. Şəhər rəsmilərinin Azərbaycanın Ukraynadakı Səfirliyi və Bakının bəzi qurumları ilə sıx əməkdaşlığı mövcuddur. Xarkov rəsmiləri Bakıda bir sıra tədbirlərdə, forumlarda iştirak edib.
O cümlədən Xarkovda keçirilən turizm forumunda Bakıdan nümayəndə iştirak edib. F.Veliyev bildirib ki, hər bir insan məqsədinə çatmaq üçün yorulmadan çalışmalıdır. Əsas məqsədlərimdən biri də Azərbaycanın adını Ukraynada uca tutmaq, öz işimlə daha böyük vəzifələrdə çalışmaqdır.