Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Ramzan Kadırovdan Ankaraya çağırış

5-07-2016, 13:48 Baxış: 282
Ramzan Kadırovdan  Ankaraya çağırış

Çeçenistan respublikasının rəhbərinin vəzifələrini müvəqqəti icra edən Ramzan Kadırov Türkiyədə gizlənən çeçen terrorçuların adlarını dərc etdirərək onların Rusiyaya qaytarılması üçün rəsmi Ankaraya çağırış edib.

Ramzan Kadırov Türkiyəyə müraciətində bunları deyib: "Əgər Türkiyə hökumətinə terrorçular barədə məlumat lazımdırsa, növbəti dəfə onların adlarını çəkirəm, yazın”. Tarxan Qaziyev, Axmad Umarov, Axmad Patayev, Şirvani Basayev, Maxran Saidov, Rizvan və Üsamə Yaqubovlar, Aslanbek Vadalov, Movsar Çataev, Xadi Alasxanov, Rustam Naurbaev,Movladi Uduqov, Onlar özlərini türk sahillərində imtiyazlı hiss edirlər deyə Ramzan Kadırov öz "İnstagram” səhifəsində yazıb.

Ramzan Kadırovun sözlərinə görə,  o çeçen mənşəli terrorçuların təhlükəsi barədə rəsmi Ankaraya xəbərdarlıq etdiyini bildirib. Lakin quru vədlərdən başqa cavab almadığını söyləyib. "Mən Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına sevinirəm. Bir daha Türkiyə prezidenti Rəcəb Tayyyib Ərdoğandan çeçen terrorçuların təhvil verilməsi barədə qərar qəbul etməsini xaiş edirəm”, deyə Kadırov bildirib.