Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Tibb üzrə Nobel mükafatı onlara verildi

7-10-2019, 16:44 Baxış: 5
 Tibb üzrə Nobel mükafatı onlara verildi
Fiziologiya və tibb üzrə Nobel mükafatının bu ilki sahibi amerikalı Uilyam Kelin, Qreq Semenza və britaniyalı Piter Retklif olublar.
Bu barədə Nobel komitəsi məlumat yayıb. "Oksigenin fundamental rolu əsrlərlə məlumdur, lakin hüceyrələr oksigen səviyyəsinə necə uyğunlaşır uzun müddətdir aydın deyildi. Bu ilki Nobel laureatlarının işi hüceyrələrin oksigenlə təmininə reaksiyasının molekulyar mexanizmini açdı” – məlumatda deyilir.
Nobel komitəsi alimlərin bu kəşfinin anemiya, xərçəng və digər xəstəliklərlə mübarizədə yardımçı olduğunu qeyd edir.
 
Qeyd edək ki, Nobel mükafatının dəyəri 9 milyon İsveç krondur (913 min dollar).