Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Lukaşenkodan Qarabağ təklifi: Həll edək!

11-10-2019, 15:54 Baxış: 11
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
Postsovet məkanında dondurulmuş konfliktləri birgə həll etməyi təklif edirəm.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Aşqabadda keçirilən MDB dövlət başçılarının toplantısında deyib.
"Bir yerdə olmuşuq, bir yerdə savaşmışıq, amma baxın, indi postsovet məkanında nə baş verir?
Nə qədər belə konfliktlər var! Niyə biz bu məsələləri həll edə bilmirik?
Əgər biz nəyəsə qadiriksə, bu problemləri həll etmək lazımdır.
Ədalətlə, düzgün həll etmək lazımdır.
Biz okeanın o tayından köməyə insanları çağırmağa məcbur qalacağımız situasiya yaratmamalıyıq”, – deyə o bildirib.