Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Mayk Pompeo İranı onun iqtisadiyyatını iflasa uğradacağı ilə hədələyib

12-10-2019, 11:33 Baxış: 8
Mayk Pompeo İranı onun iqtisadiyyatını iflasa uğradacağı ilə hədələyib
Əgər Tehran öz davranışını dəyişdirməsə, İran iqtisadiyyatı iflasla qarşılaşacaq.
TASS xəbər verir ki, müvafiq mesajı ABŞ-ın dövlət katibi Mayk Pompeo özünün "Twitter" səhifəsində yayıb.
"ABŞ İran təcavüzünün yenilənməsi şəraitində Səudiyyə Ərəbistanına kömək və onun müdafiə potensialının güclənməsi üçün əlavə qüvvələr, texnika göndərir. İran rejimi öz davranışını kökündən dəyişdirməlidir və normal ölkə kimi hərəkət etməlidir.
Əks təqdirdə o öz iqtisadiyyatının iflasını müşahidə edə biləcək", - deyə xarici siyasət idarəsinin rəhbəri yazıb.