Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Levon Şirinyan: Türkiyənin başı qarışıb, Gümrüdəki bazanı ləğv edək

15-10-2019, 13:19 Baxış: 75
Levon Şirinyan: Türkiyənin başı qarışıb, Gümrüdəki bazanı ləğv edək
Ermənistan gərək Türkiyə-Suriya konfliktindən istifadə edib, öz təhlükəsizlik səviyyəsini artırsın.
Bunu "Armnyus”a müshaibəsində Ermənistan hökumətinə yaxınlığı ilə seçilən erməni politoloq, Xristian Demokrat Partiyasının sədri Levon Şirinyan deyib.
O, İrəvanın vəziyyətdən istifadə edərək, Azərbaycana qarşı əməliyyat keçirməli olduğunu söyləyib: "Naxçıvan istiqamətində aktivləşməli, mövqelərimizi nizamlamalı, Qarabağ istiqamətində irəliləməliyik.
Türkiyə ordusunun hazırda problemləri mövcuddur.
Bizim Baş Qərargahımız hazırda çox aktiv işləməlidir”.
Şirinyan Rusiyanın Ermənistandan asılı olduğunu və Ermənistanın Türkiyə ilə yaranan situasiyadan istifadə edərək, Gümrüdəki bazanın ləğvi məsələsini də gündəmə gətirməsi gərəkdiyini deyib.