Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Yaponiyada baş verən “Hagibis” tufanı nəticəsində azərbaycanlılar xəsarət almayıb

17-10-2019, 09:30 Baxış: 20
Yaponiyada baş verən “Hagibis” tufanı nəticəsində azərbaycanlılar xəsarət almayıb
Yaponiyada baş verən "Hagibis” tufanı nəticəsində xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.
Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.
Oktyabrın 17-dək tufan nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, 10 nəfərin itkin düşdüyü, 340 nəfərin isə xəsarət aldığı bildirilir. Ən çox itkilər Hönşü adasının şimal-şərqində yerləşən Fukuşima və Miyaqi prefekturalarında, həmçinin Tokionun cənub-qərbində yerləşən Kanaqava prefekturasında qeydə alınıb. Tufanın keçdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.
Hökumət əraziyə ərzaq məhsullarının, içməli suyun və digər ilkin tələbat mallarının çatdırılmasını ciddi nəzarətdə saxlayır.
Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın əsas adasına çatan "Hagibis” tufanı böyük ərazidə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.