Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Avropa İttifaqı və Böyük Britaniya “Brexit” üzrə razılıq əldə edib

17-10-2019, 14:12 Baxış: 1 579
Avropa İttifaqı və Böyük Britaniya “Brexit” üzrə razılıq əldə edib
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya nümayəndələri danışıqlar nəticəsində "Brexit” üzrə razılıq əldə ediblər. Bu barədə "Reuters” xəbər verir.
 
***
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Böyük Britaniyanın Aİ-dən çıxışı üzrə razılıq əldə olunduğunu təsdiqləyib.
"Bu, Aİ və Britaniya üçün ədalətli, balanslı razılaşmadır və həll yolu axtarışına sadiq qaldığımızı sübut edir”, - Yunker "Twitter” səhifəsində yazıb.
O bildirib ki, Aİ-yə bu sazişi sammitdə təsdiqləməyi tövsiyə edib.