Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Ukraynada Avropanın ikinci ən böyük Günəş Elektrik Stansiyası istismara verilib

1-11-2019, 10:08 Baxış: 17
Ukraynada Avropanın ikinci ən böyük Günəş Elektrik Stansiyası istismara verilib
Ukraynanın Dnepropetrovsk vilayətində gücünə görə Avropanın ikinci ən böyük "Pokrovskaya” Günəş Elektrik Stansiyası (240 MVt) istismara verilib.
 "Pokrovskaya” GES hər il 400 milyon kVt/saat yaşıl elektrik enerjisi istehsal edəcək. Bu da 200 min fərdi ev və ya mənzili elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Stansiyanın işi sayəsində atmosferə atılan CO₂ tullantıları ildə 420 min ton azalacaq. "Pokrovskaya” GES, "Bloomberg” reytinqinə görə, ən yaxşı günəş panelləri istehsalçılarının ilk üçlüyündə yer alan Risen (Çin) tərəfindən istehsal olunan 840 min günəş panelindən ibarətdir və 437 hektar ərazidə yerləşir.
 
Stansiyanın yaradılmasına 193 milyon avro sərmayə yatırılıb.