Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Efiopiyada toqquşmaların gedişatında 86 nəfər həlak olub

4-11-2019, 08:57 Baxış: 263
Efiopiyada toqquşmaların gedişatında 86 nəfər həlak olub
Ötən ayın sonunda Efiopiyada baş verən toqquşmalarda ən azı 86 nəfər həlak olub.
Bu barədə "Reuters" agentliyi bildirib.
"Həlak olanlardan 82-i kişi, 4-ü qadındır", - deyə Abiya Əhməd bildirib.
O, qeyd edib ki, ölənlərin əksəriyyəti Oromiya və Amhara əyalətlərinin sakinləridir. Toqquşma qurbanları arasında xristianlar, müsəlmanlar da var".
"Biz o qüvvələri dayandırmalıyıq, hansılar ki, irəli addım atanda bizi keçmişə qaytarmağa çalışırlar", - baş nazir deyib.
Efiopiyanın müxtəlif ərazilərində, ilk növbədə Oromiya əyalətində qarşıdurmalar oktyabrın 23-də başlayıb.
Hakimiyyət orqanları yalnız 3 gün sonra vəziyyəti sabitləşdirməyə nail olub.