Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Dəniz quldurları Norveç gəmisinə hücum edərək 9 dənizçini qaçırıb

4-11-2019, 10:00 Baxış: 9
Dəniz quldurları Norveç gəmisinə hücum edərək 9 dənizçini qaçırıb
Dəniz quldurları Qərbi Afrikada yerləşən Benin dövlətinin sahillərindən Norveçə məxsus gəmiyə hücum ediblər.
"Reuters” verir ki, quldurlar gəmidən doqquz nəfər heyət üzvünü qaçırıblar.
Hadisə gəminin adıçəkilən akvatoriyada lövbər salarkən baş verib.
Ekipaj üzvlərinin quldurlara qarşı müqavimət göstərmədiyi bildirilib.
Hazırda yerli hakimiyyət orqanları baş verən hadisənin təfərrüatını öyrənməyə çalışır. Girov götürülən dənizçilərin yaxınları ilə daimi əlaqə saxlanılır.
Qaçırılan dənizçilərin vətəndaşlığı barədə hələlik məlumat verilməyib.