Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

İsveçdə partlayışların sayı iki dəfə artıb

5-11-2019, 17:05 Baxış: 20
İsveçdə partlayışların sayı iki dəfə artıb
 
İsveç Bombaları Zərərsizləşdirmə Milli Dəstəsi son iki ayda 30 dəfə bomba aşkarlanan və partlayışlar törədilən yerlərə cəlb edilib.

Ümumiyyətlə, dəstə bu il həmin məqsədlər üçün 100 dəfə çağırılıb.
 
İsveç KİV-lərinin yaydığı məlumata görə, bu insidentlərin tələfatla nəticələnməməsi inanılmaz faktdır.
 
Jurnalistlər bildirirlər ki, ötən cümə polis Malmö şəhərinin mərkəzində baş verən partlayış yerinə göndərilib. Partlayış nəticəsində binaların pəncərələri çilik-çilik olub, maşınlar zədələnib, lakin heç kim zərər çəkməyib.
İnsidentdən dərhal sonra üç şübhəli saxlanılıb.
 
Bir neçə saat sonra Vekşe şəhərində partlayış yerinə polis çağırılıb.
Elə həmin səhər Heteborq şəhərinin Lanvettere rayonunda avtodayanacaqda avtomobil partladılıb.
Bu partlayışlar nəticəsində zərərçəkənlər və tələfat yoxdur, lakin vəziyyət İsveçdə böyük ictimai diskussiyalara səbəb olub. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il partlayışların sayının iki dəfə artması Krallığın hakimiyyət orqanlarını ciddi narahat edir. 2019-cu ilin sentyabrında Lund şəhərində partlayıcı qurğunun işə salınması nəticəsində tələbə qız ağır yaralanıb.
 
Amma ən səs-küylü partlayış bu il iyunun 7-də Linçepinqdə baş verib.
Əldəqayırma qurğunun işə salınması nəticəsində bir neçə binanın fasadı praktiki olaraq məhv edilib, 20–dən çox adam yüngül yaralanıb. Jurnalistlər bildiriblər ki, bu partlayış nəticəsində tələfatın və ciddi xəsarətlərin olmaması möcüzədir. Xatırladaq ki, bu yay Danimarkada da silsilə partlayışlar baş verib.
 
Bu partlayışlar nəticəsində də ciddi zərərçəkənlər və tələfat olmayıb.
Danimarka polisinin məlumatına görə, insidentlər İsveçdən olan kriminal qruplaşmaların fəaliyyəti ilə bağlı olub. Danimarka partlayışlarla əlaqədar İsveçlə sərhəddə birtərəfli qaydada nəzarət tətbiq edib. İsveç hökuməti bu cür hücumları təşkil edən mütəşəkkil cinayətkar qruplaşmalara qarşı yeni və daha sərt mübarizəyə başladığını elan edib.