Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Tacikistanın sərhəd zastavasına hücum edilib, ölənlər var

6-11-2019, 11:05 Baxış: 8
Tacikistanın sərhəd zastavasına hücum edilib, ölənlər var
Tacikistan-Özbəkistan sərhədində sərhədçilərlə 20 nəfərlik silahlı dəstə arasında baş verən atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib, 1 əsgər və 1 polis əməkdaşı həlak olub.
 "CA-NEWS”a (TJ) xəbər verir ki, məlumatı Tacikstan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Xidməti yayıb.
Hadisə noyabrın 6-da səhər saatlarında baş verib. Bir qrup silahlı "Sultanabad” sərhəd dəstəsinin 4 saylı "İşkobod” sərhədyanı zastavasına hücum edib. Sərhədçilərin açdığı atəş nəticəsində onların 15-i öldürülüb, 5-i isə saxlanlıb.
Atışma nəticəsində bir əsgər və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı ölüb.
 
Tacikistan Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat nəticəsində silahlı qruplaşmanın 4 avtomobili də məhv edilib.