Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Tramp: "Demokratlar seçkilərdə qalib gələrsə, heç zaman görmədiyiniz iqtisadi depressiya ilə üzləşəcəksiniz"

7-11-2019, 11:19 Baxış: 20
Tramp: "Demokratlar seçkilərdə qalib gələrsə, heç zaman görmədiyiniz iqtisadi depressiya ilə üzləşəcəksiniz"
ABŞ prezidenti Donald Tramp demokratları "totalitarizm”də günahlandırıb və 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəkləri təqdirdə iqtisadi gərginliyin qaçılmaz olacağını deyib.

 "TASS” agentliyi xəbər verir ki, o bu sözləri Luizianada tərəfdarlarının qarşısında çıxış edərkən səsləndirib.
 
"Amerikanı dəyişdirmək istədikləri zaman demokratlar daha çox totalitar vəziyyətə düşürlər: narazıları sıxışdırırlar, günahsız insanlara böhtan atırlar, qanun normalarını məhv edirlər, nümayiş proseslərinə zəmin yaradırlar və sosialist gündəliyinə zərbə vurmaq üçün Amerika demokratiyasını devirməyə çalışırlar.
 
Dəqiq olaraq deyirəm: demokratlar qayıtsa, deməli, siz heç bir zaman görmədiyiniz iqtisadi depressiyaya düşəcəksiniz”, - deyə ABŞ lideri bildirib.
 
O öz çıxışında, həmçinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini, yayda demokratların vahid namizədinin təyin olunacağını və noyabrda seçkilərin olacağını da əlavə edib.