Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Evo Morales təyyarə ilə Meksikaya gedib

12-11-2019, 09:12 Baxış: 372
Evo Morales təyyarə ilə Meksikaya gedib
Boliviyanın keçmiş lideri Evo Morales bildirib ki, təyyarə ilə ona siyasi sığınacaq verməyə razılaşmış Meksikaya uçur.
Bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.
"Qardaş və bacılar, mən təyyarə ilə Meksikaya uçuram.
Təmənnasızlıq üçün bizim həyatlarımızı xilas etmək məqsədilə siyasi sığınacaq vermiş bu qardaş ölkəsinin hökumətinə təşəkkür edirəm", - deyə o "Twitter"də yazıb.
Morales "siyasi səbəblərdən ölkəni tərk etməyin ağrılı olduğunu etiraf edib.
Sabiq dövlət başçısı bununla belə, tezliklə yeni güclə ölkəyə qayıdacağını söz verib.
Daha əvvəl Meksikanın xarici işlər naziri Marselo Ebrard bildirib ki, ölkəsi Boliviyanın sabiq prezidenti Evo Moralesin xahişinə cavab olaraq ona siyasi sığınacaq verib.