Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

"Vikipediya"nın həmtəsisçisi "Facebook" və "Twitter"ə rəqib sosial şəbəkə yaradıb

15-11-2019, 10:21 Baxış: 270
"Vikipediya"nın həmtəsisçisi "Facebook" və "Twitter"ə rəqib sosial şəbəkə yaradıb
"Vikipediya"nın həmtəsisçisi Cimmi Ueyls "Facebook" və "Twitter"ə rəqib yeni sosial şəbəkə yaradıb.
 
Bu barədə "Financial Times" xəbər verir.
Ueylsin açıqlamasına görə,"https://wt.social/" reklamlardan azad olacaq.
Layihə "Vikipediya"nın biznes-modelini təkrarlayaraq istifadəçilərin kiçik qrupunun ianələri hesabına işləyir.
Yeni sosial şəbəkə istifadəçilərə məqalələrin istinadlarını mübadilə və xəbər xəttində onları müzakirə etmək imkanı verir.
Hazırda yeni sosial şəbəkədən 50 min insan istifadə edir.
 
Ancaq Ueyls bildirib ki, onun hədəfi istifadəçilərin sayını 500 milyona çatdırmaqdır.