Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Roma papası Çin, Tayvan və Honq Konq rəhbərlərinə teleqram göndərib

23-11-2019, 11:46 Baxış: 105
Roma papası Çin, Tayvan və Honq Konq rəhbərlərinə teleqram göndərib
Roma papası Fransisk Çinin dövlət başçısı Si Cinpinə, Tayvanın rəhbəri Tsai İnq-Venə və Honkonqun rəhbəri Karri Lama teleqram göndərib.
 
AP xəbər verir ki, Banqkokdan həmin ərazilərin hava məkanından istafdə etməklə Tokioya uçan papa təyyarədən göndərdiyi teleqramlarında Çin, Tayvan və Honkonq sakinlərinə sülh, əmin-amanlıq arzulayıb.
 
Xatırladaq ki, Vatikan rəsmən Çinin bir əyaləti sayılan, əslində isə 1949-cu ildən ayrıca dövlət kimi fəaliyyət göstərən Tayvanla diplomatik əlaqələrə malik olsa da, ancaq rəsmi Pekinlə gərginliyə yol verməmək üçün Taypeydən gələn dəvətləri qəbul etmir.