Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Dünya ŞOKDA - Kim Çen In "VUR" əmrini verdi

25-11-2019, 17:04 Baxış: 94
Dünya ŞOKDA - Kim Çen In "VUR" əmrini verdi
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə su sərhədində yerləşən Hvanhe-Hamdo əyalətindəki hərbi bazada qəfil yoxlamalar aparıb.
 
Bu barədə Şimali Koreyanın dövlət agentliyi məlumat yayıb.
 
Məlumata görə, Kim Çen In hərbçilərə şərti hədəf göstərərək, onun top atışları ilə məhv edilməsini əmr edib.
Bildirilir ki, əsgərlərin hədəfi dəqiqliklə vurması Kim Çen Inı məmnun edib.
Məşqlər zamanı neçə top atışınn həyata keçirildiyi və şərti hədəfin hansı ərazidə yerləşdiyinə dair məlumat verilməyib.
 
Cənubi Koreya adminstrasiyası top atışlarına etiraz edərək, Pxenyanı sərhəd ərazidə gərginliyi artıracaq addımlardan yayınmağa çağırıb.
Sərhəddəki məşqləri dünya ölkələri də həyəcanla izləyib.