Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Rusiya Tokio-2020-yə yalnız neytral bayraqla və himnsiz buraxıla bilər

26-11-2019, 10:09 Baxış: 26
Rusiya Tokio-2020-yə yalnız neytral bayraqla və himnsiz buraxıla bilər
Ümumdünya Antidopinq Agentliyinin müvafiq komitəsi Rusiya idmançılarını 2020-ci ildəTokioda keçiriləcək olimpiadaya neytral bayraq altında və himndən istifadə etmədən buraxmağı tövsiyə edib.
 
Bu barədə "The New York Times" bildirib.
 
Qeyd edilir ki, Rusiya idmançıları ikinci Olimpiya oyunlarında ardıcıl olaraq neytral statusda çıxış edəcəklər.
 
Bu ölkənin təmsilçiləri qalib gəldikdə medallar onlara Rusiya bayrağının qaldırılmaması, dövlət himninin icra olunmaması ilə təqdim ediləcək.
 
Ümumdünya Antidopinq Agentliyinin icraiyyə komitəsi tövsiyəyə dekabrın 9-da baxacaq.
 
Xatırladaq ki, Rusiyanın Antidopinq Agentliyinin statusu növbəti dopinq qalmaqalından sonra problemlə üzləşib. Rusiya tərəfindən Moskva laboratoriyasının fırıldaqçılıq məlumatlarında şübhələnirlər. Hazırda Ümumdünya Antidopinq Agentliyi Rusiyanın laboratoriya ilə bağlı izahatlarına baxır.
 
Rusiyanın Antidopinq Agentliyinin rəhbəri Yuri Qanus bildirib ki, təxminən 1000 sınaq saxtalaşdırıla bilər.
 
Ümumdünya Antidopinq Agentliyinin komitəsi agentliyə müraciət edərək Rusiya Antidopinq Agentliyini antidopinq kodeksinə uyğun olmayan qurum kimi tanımağı məsləhət görüb.