Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Suriyada avtomobilin partladılması nəticəsində 17 nəfər ölüb

27-11-2019, 10:12 Baxış: 86
Suriyada avtomobilin partladılması nəticəsində 17 nəfər ölüb

Suriyanın Ras əl-Ayn şəhərinin qərbindəki Tell-Xələf kəndində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
 
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik partlayışa görə PKK və YPG terror qruplaşmalarını günahlandırıb.
 
Bildirilib ki, PKK/YPG terror təşkilatı Fıratın şərqindəki mülki vətəndaşlara hücumlarını davam etdirir.