Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Ərdoğan: "NATO terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir"

3-12-2019, 11:31 Baxış: 78
Ərdoğan: "NATO terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir"
"NATO-nun təhlükəsizlik çətiri bizim üçün çox əhəmiyyətlidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Londona yola düşərkən hava limanında keçirdiyi mətbuat konfransında bildirib.
"NATO-nun yenilənməyə ehtiyacı var.
2000-ci illərin baxışı ilə günümüzü qavraya bilmərik”, - Türkiyə prezidenti deyib.
Onun sözlərinə görə, NATO terror qruplaşmalarına, onların təhdidlərinə qarşı müqavimət göstərməlidir:
"Alyansın sərhədi olan cənub sərhədlərimizdə ölkəmizlə bərabər, Avropaya və bütün müttəfiqlərimizə təsir edəcək hadisələr yaşanır. Terrora qarşı mübarizədə ölkəmizə dəstək verilməsini istəyirik”.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı mübarizədə israrlı olduqlarını NATO-nun ən yüksək səviyyəsində ifadə edəcəklərini vurğulayıb.