Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Bakıda Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələr müzakirə olunur

3-12-2019, 11:37 Baxış: 73
Bakıda Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələr müzakirə olunur
Bu gün Bakıda "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları”na dair tədbir işə başlayıb.
 
Tədbiri giriş sözü ilə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev açıb.
 
O, Səudiyyə Ərəbistan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdiyini deyib.
 
"Azərbaycanda bir sıra Səudiyyə Ərəbistan kapitallı şirkətlər var. İki ölkə arasında müştərək iqtisadi komissiya fəaliyyət göstərir və əlaqələrin inkişafına töhfə verir.
 
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsinin dəyəri 10 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33% çoxdur. Amma bu yüksək göstəricisi deyil. Ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var.
 
Bu cür görüşlər qarşılıqlı investisiya mühitini də təşviq edəcək”, - o deyib.