Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Səudiyyə şahzadəsi ABŞ-da atışmadan sonra Trampa zəng edib

9-12-2019, 10:11 Baxış: 382
 
Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman səudiyyəli hərbçi tərəfindən Floridada baş vermiş atışmadan sonra ABŞ prezidenti Donald Trampa zəng vurub.
Bu barədə SPA agentliyi bildirib.
 
Bildirilir ki, Səudiyyə şahzadəsi Ağ Ev rəhbərinə hadisə ilə bağlı başsağlığı verib.
 
Qeyd edək ki, cümə günü Floridada hərbi bazada atışma nəticəsində hadisəni törədən şəxs də daxil olmaqla, dörd nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.
 
Hücum Səudiyyə Ərəbistanının hərbi qulluqçusu Məhəmməd Səid əl-Şamrani tərəfindən həyata keçirilib. Faktla bağlı ABŞ-ın hakimiyyət orqanları araşdırma aparır.
 
Hücumun terrorizmlə bağlı olub-olmaması hələlik məlum deyil.