Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Yaponiyanın Xarici İşlər naziri Moskvaya səfər edəcək

10-12-2019, 10:04 Baxış: 44
Yaponiyanın Xarici İşlər naziri Moskvaya səfər edəcək
Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi dekabrın 17-dən 21-dək Rusiyada səfərdə olacaq.
 
Bu barədə nazir dekabrın 10-da Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.
 
T.Moteqi deyib: "Dekabrın 17-dən 21-dək Rusiyaya səfər etmək niyyətindəyəm.
 
Səfər çərçivəsində sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək üçün Xarici İşlər naziri Serqey Lavrovla görüşəcəyəm”.
 
Xatırladaq ki, T.Moteqi və S.Lavrov ötən ay G20 ölkələri Xarici İşlər nazirlərinin Naqoyada keçirilən görüşü zamanı da bir araya gəlmişdilər.