Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Moskva Almaniyanın iki diplomatını geri göndərib

12-12-2019, 15:06 Baxış: 275
Moskva Almaniyanın iki diplomatını geri göndərib
Almaniyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
 
 RİA Novostinin verdiyi xəbərə görə, səfir Almaniyanın dekabrın 4-də iki Rusiya diplomatını "arzuolunmaz şəxs” elan etməsinə etiraz olaraq XİN-ə dəvət olunub.
 
Rusiya Almaniyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "arzuolunmaz şəxs” elan edib.
 
Onlardan bir həftə ərzində ölkəni tərk etmələri tələb olunub.
 
Qeyd edək ki, dekabrın 4-də Almaniya XİN Rusiyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "persona non grata” elan edib.
 
Buna səbəb avqustun 23-də Berlində çeçen əsilli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvilinin qətlə yetirilməsidir.
 
Berlin polisi qətli törətməkdə şübhəli bilinən şəxsin 49 yaşlı Rusiya vətəndaşı olduğunu açıqlayıb.