Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Misir Prezidenti pravoslav koptik xristianların bayramını təbrik edib

7-01-2020, 16:41 Baxış: 19
Misir Prezidenti pravoslav koptik xristianların bayramını təbrik edib
 
Misirin İsgəndəriyyə şəhərində pravoslav koptik xristianlar Milad bayramını qeyd edirlər.
 
Egypttoday portalına istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi bayram münasibətilə ölkənin yeni paytaxtında inşa edilmiş Müqəddəs İsa kilsəsində olub.
 
İsgəndəriyyə koptik xristianlarının dini rəhbəri II Tavadrosun apardığı mərasimdə çıxış edən Misirin dövlət başçısı Yeni il və Milad bayramı münasibətilə təbriklərini çatdırıb, ölkə əhalisinin 10 faizini təşkil edən xristianların hüquq və azadlıqlarının təmin edilməsinin hökumətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.
 
Əs-Sisi qeyd edib ki, dini azlıqların nümayəndələri Misirdə müsəlmanlarla birgə sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.
 
Qeyd edək ki, Misirdə ilk əsrdə qurulan Koptik xristian kilsəsi Roma Katolik Kilsəsi və Şərq Pravoslav Kilsəsi ilə bir çox inanc və təcrübəni bölüşdürür.
 
"Koptik" yunan sözündən "Misir" mənasını daşıyır.