Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

İrəvanda insanlar küçələrə çıxdı: Hər tərəfi dağıdacıq..

21-01-2020, 09:33 Baxış: 66
İrəvanda insanlar küçələrə çıxdı: Hər tərəfi dağıdacıq..
 
Son bir neçə gün İrəvanda davam edən etiraz aksiyaları daha böyük vüsət alıb.
 
Ermənistan mediasının verdiyi məlumata görə, Ermənistan paytaxtında yüzlərlə fermer hüquqlarının pozulması və hökumətin məcburı kəsim qaydalarına etiraz olaraq bu gün də səhər saatlarından Hökumət Evinin qarşısına yığılıb.
 
Aksiya iştrakçılarının sözlərinə görə, bu gün əvvəlki günlərdən fərqlı olaraq, heç nəyin dəyişmədiyi təqdirdə daha radikal addımlar atacaqlar.
 
"Bizi eşitməsələr, hər tərəfi dağıdacıq. Bizi sındıra bilməzlər.
 
Biz hökuməti sındırarıq. Tələblər yerinə yetirilməsə, səhər saatlarından bütün yollar bağlanacaq”, - deyə fermerlər şüarlar səsləndirib.