Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Sərkisyanın müdafiə nazirindən Aprel savaşı etirafı

30-01-2020, 17:36 Baxış: 709
Sərkisyanın müdafiə nazirindən Aprel savaşı etirafı
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Aprel döyüşlərinin araşdırılması ilə əlaqədar yaradılmış Milli Şuranın növbəti iclasına dəvət olunub.
 
Ermənistan mətbuatı xəbər verir ki, iclasdan sonra Ohanyan jurnalistlərin suallarını cavablandırıb.
Onun sözlərinə görə, Aprel savaşı zamanı Ermənistan ordusu ciddi strateji səhvlərə və qeyri-dəqiqliklərə yol verib.
"Amma səhvi iş görən edir, iş görməyən səhv etmir. Əsas səhvdən nəticə çıxarmaqdır.
Biz də nəticə çıxardıq”, - deyə keçmiş nazir qeyd edib.
Ohanyanın sözlərinə görə, total səhvlər vardı, amma bunu uğursuzluq adlandırmaq olmaz.