Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

8 min terrorçu Türkiyədən deportasiya edildi

19-02-2020, 08:43 Baxış: 34
8 min terrorçu Türkiyədən deportasiya edildi
 
Son doqquz ildə - 2011-ci ildən etibarən 102 müxtəlif millətin nümayəndəsi olan 7898 terrorçu Türkiyədən deportasiya edilib.
 
Bu barədə ölkənin Miqrasiya Xidmətinin rəhbəri Abdullah Ayaz məlumat verib.
 
O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi "Sülh çeşməsi” antiterror əməliyyatının başladığı vaxtdan indiyədək Türkiyədən deportasiya edilən əcnəbi terrorçuların sayı isə 229 nəfərdir.
 
Terror təşkilatları ilə əlaqəsi aşkarlanan 150 müxtəlif millətin nümayəndəsi olan 94 min xarici vətəndaşın Türkiyəyə girişinə qadağa qoyulub.
 
Türkiyədəki qanunsuz miqrasiya ilə bağlı danışan A.Ayaz qeyd edib ki, ötən il ölkə ərazisində 454 minə yaxın qanunsuz miqrant saxlanılıb.
 
Onların 118 mini İstanbulda ələ keçirilib. Bu istiqamətdə 2019-cu ilin iyulundan etibarən İstanbulda miqrantlarla bağlı yeni qərarlar qəbul edilib və əməliyyatlar aparılır. Hazırda şəhərdə 7 minə suriyalı qanunsuz miqrant var.
 
A.Ayaz Türkiyədə 3 milyon 573 min suriyalının qeydiyyatda olduğunu bildirib.
 
Diqqətə çatdırıb ki, Suriyanın terrordan təmizlənən bölgələrinə indiyədək 395 mindən çox şəxs geri göndərilib.