Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Türkiyə rus istehsalı S-300-ləri məhv edib? - Şok iddia

2-03-2020, 09:05 Baxış: 32
Türkiyə rus istehsalı S-300-ləri məhv edib? - Şok iddia
Türkiyənin İdlibdə "Bahar qalxanı” əməliyyatı ilə bağlı yayılan iddialar arasında diqqət çəkən məqamlardan biri də qardaş ölkə ordusunun Əsəd qüvvələrinə aid S-300 raket sistemlərini məhv etməsi ilə bağlıdır.
 
Məlumatda Rusiya istehsalı sözügedən sistemlərin zərərsizləşdirilməsindən sonra rejimin xeyli geri çəkildiyi, hətta hücum qabiliyyətini itirdiyi deyilib.
 
Hələlik nə Suriya rejimi, nə də Rusiya bununla bağlı açıqlama verib.
 
Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi ötən gün Suriyaya aid 2 havadan müdafiə sistemini məhv etdiyini açıqlasa da, sıradan çıxarılan kompleksin adı çəkilməmişdi.