Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Çindən kənarda koronavirusa yoluxanların sayı 7 mini keçib

2-03-2020, 09:20 Baxış: 380
    Çindən kənarda koronavirusa yoluxanların sayı 7 mini keçib
Son 24 saat ərzində Çindən kənarda 1160 nəfər yeni növ koronavirusa yoluxub, indiyədək yoluxmuşların ümumi sayı 7169-a çatıb.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında qeyd olunur. Təşkilatın saytında yayımlanan hesabatda Çindən kənarda koronavirus infeksiyasının 58 ölkədə qeydə alındığı bildirilir.
 
Ölənlərin sayı 104-ə çatıb (gün ərzində 18 nəfər).
 
Son 24 saat ərzində virus daha beş ölkəyə - Azərbaycan, Ekvador, İrlandiya, Monako və Qətərə nüfuz edib.
 
ÜST-ün son məlumatlarına görə, materik Çində yoluxmuş insanların sayı 79 968 nəfərdir, 2873 nəfər bu virusun qurbanına çevrilib.
 
Dünya üzrə koronavirusa yoluxanların ümumi sayı isə 87 137 nəfərdir.