Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Əsədin Su-24-lərini eyni türk pilotu bu cür vurub

2-03-2020, 17:11 Baxış: 29
Əsədin Su-24-lərini eyni türk pilotu bu cür vurub
 
Ötən gün Əsəd rejiminə məxsus iki Su-24 qırıcısını türk pilot F-16 qırıcısıyla zərərsizləşdirib.
Bu iddia ilə "S avunmasanayist” nəşri çıxış edib.
 
Nəşrin əldə etdiyi məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin E-7T hava-xəbərdarlıq və idarəetmə təyyarələri rejimin Su-24 qırıcılarını havaya qalxdıqdan sonra aşkarlayıb:
"Bundan sonra E-7T HİK bölgəyə Hərbi Döyüş Patrul Missiyasını yerinə yetirən Türkiyənin F-16 qırıcı təyyarələrini yönləndirib.
 
Əraziyə gələn F-16 qırıcı təyyarələrindən biri, E-7T tərəfindən ötürülən radar məlumatlarından istifadə edərək, radarlarını bilərəkdən söndürməklə Əsəd qüvvələrinə məxsus iki Su-24-ü zərərsizləşdirib.
 
Beləliklə, Suriya rejiminə məxsus iki Su-24 təyyarəsi eyni türk pilot tərəfindən vurulub”, - nəşr bildirib.