Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Tramp Ərdoğanın istədiyi silahı göndərir – ABŞ mediası

3-03-2020, 16:13 Baxış: 354
Tramp Ərdoğanın istədiyi silahı göndərir – ABŞ mediası
 
ABŞ-ın Suriya üzrə ali nümayəndəsi Ceyms Cefrinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.
 
 C.Cefrinin Türkiyə səfəri ABŞ mediasının diqqət mərkəzində olub.
 
Medianın iddiasına görə, Cefrinin ziyarəti "Patriot” hava müdafiə sistemləri ilə əlaqəlidir: "ABŞ Prezidenti Donald Tramp Türkiyəyə "Patriot” sistemlərini göndərmək istəyir.
 
Ancaq müxalifət etiraz etdiyi üçün bunun başqa yollarını axtarır. Yəni "Patriot”ları Türkiyəyə birbaşa göndərməyəcək.
 
NATO formulundan istifadə edəcək. Tramp Alyansın köməkliyi ilə "Patriot”ları Türkiyəyə verəcək”, - məlumatda bildirilir.
 
Qeyd edək ki, Tramp Ərdoğanla son telefon danışığında "Patriot” sistemlərinin göndərilməsinin də müzakirə edildiyini bildirmişdi.