Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Fransada koronavirusa yoluxanların sayı 7,7 mini keçib

18-03-2020, 10:02 Baxış: 30
Fransada koronavirusa yoluxanların sayı 7,7 mini keçib
Fransada epidemiyanın başlanğıcından bu günədək koronavirusun yeni növünə 7,7 mindən çox yoluxma halı qeydə alınıb, 175 nəfər virusdan ölüb.
 
 "TASS”- xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında verdiyi açıqlamasında bildirib.
 
"Hazırkı dəqiqədə təsdiqlənmiş yoluxma hallarının sayı 7730-dur, 175 nəfər ölüb.
 
Hər üç gündən bir yoluxma halları ikiqat artır”, - Salomon belə deyib.
 
Onun sözlərinə görə, ölənlərin 7%-i 65 yaşdan aşağı olan şəxslərdir.
 
Bu yaş qrupu insanlarda, həmçinin xəstəliyin ağır keçməsi halları müşahidə edilir.
 
"Ümumilikdə 2579 nəfər xəstəxanalara yerləşdirilib.
 
Bu o deməkdir ki, 5 min insan sağalaraq evə buraxılıb, ya da ev şəraitində karantin keçir”, - deyə baş direktor bildirib.
 
O, həmçinin son iki gündə 602 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyini də əlavə edib.
 
Reanimasiyalarda əvvəlki kimi 699 nəfər saxlanılır.