Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Dünyada koronavirusa yoluxanların sayı 1,604,718 nəfər olub

10-04-2020, 08:25 Baxış: 151
Dünyada koronavirusa yoluxanların sayı 1,604,718 nəfər olub
 
Dünyada 1 603 433 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 95 716 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 356 440 nəfərə çatıb.
 
Hazırda 49 125 nəfərin vəziyyəti ağırdır.
 
 "Worldometers” xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb.
 
Burada 468 556 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 16 691 nəfərdir. Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur - 153 222 yoluxma və 15 447 ölüm.
 
İtaliyada isə 143 626 nəfər yoluxub, 18 279 nəfər dünyasını dəyişib.
 
Almaniyada 118 235 yoluxma və 2 607 ölüm, Fransada 117 749 yoluxma və 12 210 ölüm, Böyük Britaniyada 65 077 yoluxma və 7 978 ölüm faktı qeydə alınıb.
                                                       *****
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 84 mindən çox insan yoluxub, təxminən 6,4 min nəfər də bu virusun qurbanı olub.
 
Bu barədə məlumat bölgələrdə və ölkələrdə virusa yoluxma və ölüm hallarını dəyərləndirən "Worldometer” saytında yer alıb.
 
Son statistikaya görə, dünyada 1,519,442  nəfər yeni növ koronavirusa yoluxub, 88 457 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib.
 
Son gün ərzində 84 384 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6414 nəfər artıb.
 
COVID-19 infeksiyasına ən çox yoluxma halları ABŞ-dadır – 434 927 nəfər. Onun ardınca İspaniya (148 220), İtaliya (139 422), Almaniya (113 296), Fransa (112 950) və Çin (81 865) gəlir.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aprelin 8-də Bakı vaxtı ilə saat 12:00-da yaydığı son açıqlamasına görə, ən çox yoluxma və ölüm halları yenə də Avropa regionunda qeydə alınıb – 720 219 yoluxma və 57 369 ölüm. Sutka ərzində burada yoluxanların sayı 33 881, ölənlərin sayı isə 4904 nəfər artıb.
 
Şimali və Cənubi Amerikada ümumilikdə 417 416 nəfər koronavirusa yoluxub, 12 597 nəfər ölüb.
 
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. 6 aprel tarixinə olan məlumata görə, burada 114 667 yoluxma, 3922 ölüm faktı qeydə alınıb.