Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Ukrayna defoltla üz-üzə: Saakaşvili bacarmasa...

25-04-2020, 22:44 Baxış: 54
Ukrayna defoltla üz-üzə: Saakaşvili bacarmasa...
Ukrayna Baş nazirinin islahatlar üzrə müavini postunun Saakaşvili üçün həm müsbət, həm də mənfi tərəfləri var.
 
Müsbət tərəfi odur ki, Saakaşvili bu ağır məsuliyyətin öhdəsindən gəlsə, gələcəkdə ona Ukraynanın Baş naziri olmaq təklif edilə bilər.
 
Lakin o, bu ağır məsuliyyətin altından çıxa bilməsə, siyasi kariyerasını birdəfəlik bitirə bilər.
 
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə Ukrayna Prezidenti Vladimir Zelenskinin Baş nazirin islahatlar üzrə müavini postu təklif etməsi barədə danışarkən deyib.
Politoloq vurğulayıb ki, Mixail Saakaşvili tarixə düşəcək bir şəxsdir: "Xüsusən də Gürcüstanda həyata keçirdiyi yenilikçi islahatlar onu unudulmaz şəxslərdən edir.
 
Buna baxmayaraq, Saakaşvilinin ciddi səhvləri də oldu.
 
Düzdür, o, Gürcüstanda başlatdığı reformları ilə ölkəsini tamamilə dəyişdi, lakin onun əsas səhvi yenilikçi islahatları həyata keçirərkən ölkə siyasətinə təsir edən kənar amilləri nəzərə almaması idi. Bundan əlavə, Abxaziya və Asetiya münaqişələrinin fərqli müstəviyə keçməsi də Saakaşviliyə qarşı qəzəb yaratdı”. Politoloq qeyd edib ki, Mixail Saakaşvili idealistdir: "Yəni hansı ölkədə olmasından aslı olmayaraq, siyasi kursu eynidir. O, Qərb dəyərləri əsasında demokratik, şəffaf və plüralist cəmiyyət qurmaq arzusundadır”. Q.Hüseynlinin sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Mixail Saakaşviliyə ehtiyacı var: "Vladimir Zelenski bəlkə də Ukraynanın ən şanssız prezidentidir. Çünki bu gün Ukrayna faktiki olaraq defoltla üz-üzədir. Xüsusilə, koronavirus pandemiyası ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Bu gün ölkə rəhbərliyi mövcud vəziyyətlə bacara bilmir. Digər tərəfdən, Zelenski daxili siyasətdə də ciddi səhvlər edib. Bu mənada düşünürəm ki, Vladimir Zelenskinin Mixail Saakaşviliyə ciddi ehtiyacı var. Saakaşvili bundan öncə də Ukraynanın Odessa vilayətində qubernator olub və onun bu vilayətdə qısa müddətdə əldə etdiyi uğurlar Zelenskiyə də məlumdur. Lakin Saakaşvilinin qarşısında duran missiya indi çox ağır və məsuliyyətlidir. Çünki söhbət nə kiçik Gürcüstandan, nə də Ukraynanın Odessa vilayətindən gedir. Saakaşvili bütöv bir Ukraynanı mövcud vəziyyətdən çıxarmalıdır”