Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Çin və İranın korona yalanı... - Pompeo

25-04-2020, 22:49 Baxış: 60
Çin və İranın korona yalanı... - Pompeo
Vaşinqton çalışır ki, digər dövlətləri Pekinin koronavirusla bağlı informasiyaların bir qismini gizlətməsinə inandıra bilsin.
 
Bunu amerikalı jurnalist Ben Şapiroya müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
 
O, ABŞ-ın digər ölkələrə öz iqtisadiyyatlarını bərpa etməyə yardım etdiyini bildirib:
 
"Biz çalışırıq ki, bu ölkələr virusun Uhanda peyda olduğunu,
 
Çin hakimiyyətinin bunu 2019-cu ilin dekabrında bildiyini və özünün baza öhdəliklərini icara etmədiyini anlasınlar. Ən vacibi odur ki, onlar ÜST-ün tələblərini yerinə yetirməyiblər və bunu gizlətmək üçün çox şey ediblər. Bu haqda çox geniş danışa bilərik”.
 
Pompeo Çin və İranın birgə yaydığı informasiyanın həqiqəti əks etdirmədiyini deyib:
"Hətta bu gün iranlılar və çinlilər dezinformasiya kampaniyaları üzərində çalışırlar.
 
Avtoritar rejimlər böhran dövründə bir qayda olaraq əməkdaşlıq edirlər”.