Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9066
  • RUB0,0248
  • NEFT$38.41
^
XƏBƏR LENTİ

Məşhur hind aktyoru Rişi Kapur vəfat edib

30-04-2020, 10:33 Baxış: 1 503
Məşhur hind aktyoru Rişi Kapur vəfat edib
Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.
 
NDTV telekanalı bildirilir ki, R. Kapur 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişib.
 
Bollivudun məşhur aktyorlarından olan R. Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.
 
R. Kapura uğuru baş rolda çəkildiyi "Bobbi” filmi (1973) qazandırıb.
Filmin rejissoru R. Kapur olub.
 
Həmin il E. Kapur Hindistanda ilin aktyoru seçilib.
 
Bundan başqa, onun çəkildiyi "Qisasçı”, "Ömər, Əkbər, Antoni”, "Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, xüsusən də keçmiş SSRİ məkanında çox sevilib.