Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9066
  • RUB0,0248
  • NEFT$38.41
^
XƏBƏR LENTİ

Azərbaycanda koronavirusa yoluxanların sayı 3274-ə, vəfat edənlərin sayı 39-a çatıb

17-05-2020, 20:05 Baxış: 78
Azərbaycanda koronavirusa yoluxanların sayı 3274-ə, vəfat edənlərin sayı 39-a çatıb
Hazırkı dövrədək Azərbaycanda 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232.077 test aparılıb.