Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

AB-dən Trampa çağırış: Qərarını dəyiş!

31-05-2020, 09:35 Baxış: 35
AB-dən Trampa çağırış: Qərarını dəyiş!
 
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrell ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri dayandırması barədə qərarını yenidən nəzərdən keçirməyə səsləyib.
 
 Ursula fon der Leyen və Jozep Borrell bununla bağlı birgə bəyanat yayaraq, AB-nin rəhbərlik etdiyi Dünya Səhiyyə Assambleyasının koronavirusla mübarizədə əldə edilən nəticələrin müstəqil araşdırılması barədə qərar verdiyini bildirib:
 
"Qlobal təhdid qarşısında ortaq həll yolları tapılmalı və işbirliyini inkişaf etdirməliyik. Beynəlxalq nəticələri zəiflədən addımların qarşısı alınmalıdır.
Bu səbəbdən ABŞ-ı elan edilmiş qərara yenidən baxmağa çağırırıq".
 
Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib.