Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

İlin ilk Günəş tutulması başlayıb

21-06-2020, 10:42 Baxış: 659
İlin ilk Günəş tutulması başlayıb
 
Bu gün yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşir.
 
İlin ilk Günəş tutulma hadisəsi saat 07:46-da başlayıb.
 
Günəş tutulması saat 13:34-də başa çatacaq.
Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.Günəş tutulması Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq.
 
Tutulmanın həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq.
Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər.
 
Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.
 
Qeyd edək ki, 2020-ci ildə növbəti Günəş tutulması dekabrın 14-də baş verəcək və bu tutulma tam Günəş tutulması olacaq.