Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Tramp ABŞ kəşfiyyatının Rusiya ilə bağlı yeni məlumatını açıqlayıb

29-06-2020, 08:44 Baxış: 399
Tramp ABŞ kəşfiyyatının Rusiya ilə bağlı yeni məlumatını açıqlayıb
 
ABŞ kəşfiyyatı Rusiyanın əfqan döyüşçülərinə ("Taliban" hərəkatına -red) Amerika hərbi qulluqçularının qətlini təklif etmək cəhdləri haqqında informasiyanın etibarsız olduğunu etiraf edib.
 
Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter”dəki səhifəsində bildirib.
 
"Kəşfiyyat mənə yenicə bildirdi ki, onlar bu informasiyanı etibarlı qəbul etməyiblər və həmin səbəbdən də bu barədə mənə və ya vitse-prezidentə bildirmədilər ", - o yazıb.
   "Ola bilsin ki, bu Rusiya ilə əlaqəli başqa bir fırıldaqdır, bəlkə də "New York Times”ın saxta xəbərlərinin köməyi ilə respublikaçıları pis vəziyyətə salmaq istəyir", - deyə Tramp "Twitter”də yazıb.