Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Beyrutda partlayışda ölən ermənilərin sayı 11-ə çatdı

6-08-2020, 22:17 Baxış: 531
Beyrutda partlayışda ölən ermənilərin sayı 11-ə çatdı
 
Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölən ermənilərin sayı artıb.
 
Erməni icmasından bildirilib ki, ölən ermənilərin sayı 11 nəfərə çatıb.
 
Ölən ermənilərin adı da açıqlanıb.
 
Bununla yanaşı, partlayışda 250 erməninin yaralandığı da bildirilir. Qeyd edək ki, avqustun 4-də Beyrut limanında şiddətli partlayış baş verib.
 
Limandakı anbarda saxlanılan ammiak turşusunun partlaması nəticəsində 137 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.
 
Paytaxta ciddi ziyan dəyib, evlər, avtomobillər dağılıb.