Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Albaniya Azərbaycana yeni səfiri təyin edib

8-07-2016, 18:40 Baxış: 516
Albaniya Azərbaycana yeni səfiri təyin edib
Albaniyanın Azərbaycanda iqamətgahı Türkiyədə olacaq yeni səfiri təyin edilib.
Yeni səfir Genti Qajeli (Genti Gazheli) olub.
Bu postda o, Qençi Muçayı əvəz edəcək.
Bundan əvvəl G.Qajeli Albaniya XİN çirkli pulların yuyulmasının qarşısının alınması üzrə bölməsinin baş direktoru vəzifəsində çalışıb. O, alban, ingilis, fransız və italyan dillərində sərbəst danışır.
Yeni səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.