Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Şimali Koreya sualtı qayıqdan ballistik raket atışını həyata keçirib

9-07-2016, 11:11 Baxış: 249
Şimali Koreya sualtı qayıqdan ballistik raket atışını həyata keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) sualtı qayıqdan ballistik raket atışını həyata keçirib.

Atış bu gün səhər saatlarında Hamgün-Hamdo əyalətində icra edilib.

Ballistik raket atışı barədə Şimali Koreya tərəfindən heç bir açıqlama verilməyib.

"Kiodo" xəbər agentliyi isə raket atışının uğursuzluqla nəticələndiyi barədə məlumat yayıb. Cənubi Koreyanın Qərargah Rəislərinin Birləşmiş Komitəsindən bildirilib ki, raket buraxılışdan dərhal sonra normal uçuş trayektoriyasını davam etdirə bilməyib, bu isə sınağın uğursuzluqla nəticələnməsi deməkdir.

Şimali Koreyanın bu addımı artıq kəskin narazılıqlara səbəb olub.

Yaponiyanın baş naziri Sindzo Abe Pxenyanın bu addımını kəskin qınayaraq, dünya ictimaiyyətini də buna qarşı çıxmağa çağırıb.

"Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı açıq saymamazlıqdır", - deyə baş nazir bildirib.