Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

NATO Əfqanıstanda missiyasının müddətini daha 1 il uzatdı

9-07-2016, 15:23 Baxış: 231
NATO Əfqanıstanda missiyasının müddətini daha 1 il uzatdı
NATO Əfqanıstandakı missiyasının müddətini daha bir il uzadıb.
Bu barədə NATObaş katibi Yens Stoltenberq məlumat verib. Baş katib bildirib ki, Varşava sammitində "Qətiyyətli dəstək” missiyasının 2016-cı ildən sonra da davam etdirilməsinə qərar verilib. Onun sözlərinə görə, NATO-nun Əfqanıstandakı missiyası qeyri-döyüş tapşırıqları yerinə yetirməyə davam edəcək. Baş katib alyansın 2017-ci ildə də Əfqanıstanda hazırda olduğu qədər - 12 min əsgər saxlayacağını açıqlayıb.
Y.Stoltenberq vurğulayıb ki, ABŞ Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etməyə davam edəcək. Alyansa üzv ölkələrin liderləri Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər.