Bakı 17° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,1929
  • RUB0,225
  • NEFT$63,05
^
XƏBƏR LENTİ

Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirus Çində yaranmayıb

30-03-2021, 09:02 Baxış: 19
Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirus Çində yaranmayıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir.
 
Altaba.az xəbər verir ki, "The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin yayılma şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar.
Materialda qeyd edilir ki, mütəxəssislər virusun harda və necə yayılmağa başlaması barədə suala qəti cavab vermirlər.
"Məruzədə virusun Çindən xaricdə yaranması və sonra ölkəyə bu ölkədə yayılması ehtimalı irəli sürülür.
Bu fərziyyə Çinin səlahiyyətliləri tərəfindən irəli sürülüb, ABŞ və digər Qərb dövlətlərinin hökumətləri buna qarşı çıxıblar”, - deyə materialda bildirilir.
Sənəddə qeyd edilir ki, ÜST-ün ekspertləri həmçinin "Çində xəstəxanaların məlumatlarını və 2019-cu ilin dekabrına qədər alınmış qan nümunələrini daha çox diqqətlə öyrənməyi” məsləhət görürlər.
Bundan başqa, mütəxəssislər hesab edirlər ki, Çinin heyvanları bəsləmə fermalarında yoxlamalar aparmaq lazımdır. Güman edilir ki, bu, virusun insana harada ötürüldüyünü aydınlaşdırmağa kömək edə bilər. Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Çin Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.
ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.