Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Nazir: "İstirahət günlərində mehmanxanalarda boş yerlər olmur"

11-07-2016, 13:57 Baxış: 317
Nazir: "İstirahət günlərində mehmanxanalarda boş yerlər olmur""Şənbə və bazar günləri Azərbaycanın rayonlarında olan mehmanxanalarda boş yerlər olmur". 
Tezis.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, insanlar istirahət günlərində rayonlara axın edirlər. Ə.Qarayev ümumilikdə Azərbaycana gələn turistlərin sayında artım olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sadələşdirilmiş vizanın tətbiqi nəticəsində ölkəyə gələn turistlərin sayında xeyli artım qeydə alınıb: "Ərəb ölkələrindən gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Eyni zamanda Koreyadan, Yaponiyadan gələnlərin sayında artım var. Sözsüz ki, bu istiqamətdə işlər daha da gücləndiriləcək, Azərbaycanın turizm potensialının həmin ölkələrdə təqdim olunması üçün müvafiq tədbirlər həyata keçiriləcək”.
Nazir vurğulayıb ki, Azərbaycanda yeni 2 və 3 ulduzlu otellərin tikilməsini stimullaşdırmaq üçün yeni mexanizmlər üzərində iş aparılır.
Nazir təhlükəsizlik sahəsində də tədbirlərin həyata keçirildiyini bildirib: "Biz Fövqəladə Hallar Nazirliyi ilə birlikdə çimərliklərdə, otellərdə təhlükəsizlik tədbirlərinin görülməsi üçün müvafiq tövsiyələr hazırlamışıq. Hüquq-mühafizə orqanları da bu işlərə cəlb olunub və müvafiq tədbirlər həyata keçirilir”.