Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Тereza Mey Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri təyin edilib

12-07-2016, 09:29 Baxış: 205
Тereza Mey Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri təyin edilib
Тereza Mey Böyük Britaniya Mühafizəkarlar partiyasının lideri təyin edilib 
Bu barədə Reuters agentliyi xəbər verib. 
Bundan əvvəl Böyük Britaniyanın baş naziri David Kemeron iyulun 13-də istefa verəcəyini bildirib. İyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalıb-qalmaması ilə bağlı referendum keçirilib. Referendumda  Avropa İttifaqından çıxmağa  səs verənlərin sayı çoxluq təşkil edib. Nəticələr elan olunandan sonra Devid Kemeron bu ilin oktyabr ayında istefa verəcəyini bəyan edib. 
Qeyd edək ki, Böyük Britaniyada Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizəd Andrea Lidsom mübarizədən çəkildikdən sonra ölkənin daxili işlər naziri Tereza Mey bu posta yeganə namizəd kimi qalıb.