Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Yaponiyada anomal istilər nəticəsində 14 nəfər ölüb

12-07-2016, 09:43 Baxış: 167
Yaponiyada anomal istilər nəticəsində 14 nəfər ölüb
Son iki həftə ərzində Yaponiyada anomal istilər nəticəsində azı 7 500 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Onlardan 14-ü dünyasını dəyişib. 

İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 37 dərəcəni keçir. Eyni zamanda ölkənin cənub-qərb prefekturalarında yağan şiddətli yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olur. 
Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi. Ölkədə hərarətin bu ildə yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu Sakit okeanda formalaşan "El-Ninyo” fenomeni ilə əlaqələndirirlər. 
"El-Ninyo" iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.